Mağarada tapıldı! -188 yaşı olduğu iddia edilən adamla bağlı əsl həqiqət ortaya çıxdı

  “Mağara adamı” olaraq tanıdılan, yaşının 188 olduğu iddia edilən adamın əsl kimliyi bilinib.
 “Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, 188 yaşında olduğu iddia edilən hindistanlı kişinin videoları son günlər sosial mediada yayılıb və böyük əks-səda yaradıb. Paylaşılan videolarda uzun saqqallı, demək olar, əynində heç bir geyim olmayan, yeriməkdə çətinlik çəkən, 2 nəfərin qolundan tutub hərəkət etdirdiyi şəxslə bağlı bir çox iddialar səsləndirilib. Mağarada yaşadığı deyilən bu adam, əslində, bölgədə sevilən və hörmət edilən bir liderdir. Hindistanda “Sayiram Baba” kimi tanınan bu insan haqqında çoxlu əfsanəvi məlumatlar var. Hindistanda yaşayan və Türkiyə ilə bağlı çəkdirdiyi videolarla "Hindistanlı əmi" kimi tanınan Camaludheen (Cəmaləddin) Chennankulavan 188 yaşında olduğu iddia edilən adamla bağlı bütün həqiqətləri “Milliyet.com.tr”yə danışıb və qeyd edib ki, bu adam Hindistanda Siyaram Baba adıyla tanınır. Ömrünü hinduizmə həsr edən, 10 il bir ayağı üzərində meditasiya edən, 12 il susmağa and içən Siyaram Baba yaşantıları ilə hər kəsi təəccübləndirir. Rəvayətə görə, o, 8-ci sinfə qədər təhsil alıb, bir övliya ilə söhbət etdikdən sonra həyata marağı sönüb, laqeydlik hiss edib və ömrünü hinduizmə həsr etmək qərarına gəlib. Siyaram Himalaya gedib. O,   günün 21 saatını eynəyə belə ehtiyac duymadan hinduizmin müqəddəs mətnlərini oxumağa sərf edir. 21 saatlıq oxudan sonra meditasiya olaraq digər gündəlik ritualları yerinə yetirir. Məlumdur ki, Siyaram Baba təvazökar bir ibadət yerində sadə həyat sürüb.  Onun dəqiq yaşı bilinməsə də, 100 ildən çox olduğu təxmin edilir. Adamın tələbələrindən bir neçəsi bu rəqəmin 130 olduğunu təxmin edir. Deyilənə görə, Siyaram baba bundan əvvəl düz 10 il tək ayaq üstə durmaqla gündəmə gəlib. Hindistanda yaşayan Camaludheen Chennankulavan, “Mənim yaşadığım Cənubi Hindistanda bu qoca haqqında bilinənlər Türkiyədə məlum olanlara bənzəyir. Bununla belə, o, kifayət qədər məşhurdur və yaşadığı yerdə sevilir. Onun mağaradan çıxması xəbəri tamamilə yalandır. İllərdir eyni yerdə yaşayır. Ona güvənən, müəllim kimi görənlər var. Bütün iqlim şəraitinə uyğunlaşır. Himalaya getdikdən sonra meditasiya edərək müəyyən güclər qazanıb. Onunla məsləhətləşməyə gələn insanlardan aldığı maksimum 10 hind rupisi, təxminən 5 lirədir. 10 manatdan çox versələr belə, rədd edir”, - deyə o əlavə edib. “Yeməklərini özü bişirir, müvəqqəti də olsa evi var, orada yaşayır. Ayaqlarını örtən yaralar var və yeriməkdə çətinlik çəkir. Onun “Allahın nümayəndəsi” olduğuna inandıqları üçün ona xidmət edənlər də ola bilər. Yanına gələnlər təkcə hindlilər deyil, həm də xaricdən onunla görüşə gələn, xidmət alan insanlardır. Bu, onu çox məşhur və hörmətli bir şəxsiyyət edir. İnsanlar onun yanına gəlir və onunla meditasiya edirlər. Bu adam etdiyi meditasiyalarla yanına gələn insanların daha uzun və sağlam ömür sürməsinə kömək edir. İnsanların bütün hava şəraitinə uyğunlaşma qabiliyyətini artırır. Onun çayların təmizlənməsi layihəsinə böyük ianə etdiyi məlumdur. “O da çox gənc yaşlarından həyatını dinə həsr edib”. Üstəlik, Siyaram Babanın yaşını dəqiq təsdiqləmək mümkün olmasa da, xəbərlərə əsasən onun 111 yaşı olduğu təxmin edilir. 24 sentyabr 2024-cü ildə "@siyarambaba121" istifadəçi adı ilə paylaşılan videoda "Ən hörmətli Müqəddəs Şri Siyaram Baba Narmada Aşramın əsərlərini izah etməyə gəldi", mənasını verən bir ifadə var. Bu hesab 155 min izləyicisi olan Siyaram Babaya həsr olunmuş çoxsaylı pərəstişkar hesablarından biridir. Şri Siyaram Baba Hindistanın Madhya Pradeş əyalətindəki Khargone rayonunda yaşayan tanınmış rahibdir. Şri Siyaram Baba təkcə Hindistandan deyil, həm də xaricdən çoxlu ziyarətçi cəlb edən din xadimi kimi tanınır. Bu səbəbdən sosial mediada onun adına açılan çoxlu izləyici hesabı var.