Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan oktyabrın 17-də üç günlük səfərlə Moskvaya gedəcək. Bu barədə Ermənistan Nazirlər Kabinetinin saytında məlumat yayılıb. Məlumata görə, baş nazirin müavini Avrasiya İqtisadi Komissiyası Şurasının iclasında iştirak edəcək.
Siyasi şərhçi Azər Həsrət “Sherg.az”a söyləyib ki, Ermənistan rəsmisinin Moskvaya səfərində qeyri-adi heç nə yoxdur kimi görünür:
“Çünki Ermənistan və Rusiya can bir qəlb kimi cici-bacıdırlar. Amma son illər ərzində baş verən prosesləri nəzərə alsaq Ermənistan rəsmilərinin Moskvaya səfərləri tez-tez olmur. Həmçinin baş tutan səfərlər o qədər də qənaətbəxş sayılmır. Sözügedən səfər isə sadəcə olaraq Ermənistanın Rusiyanın gözünə kül üfürmək cəhdidir. Yəni guya Ermənistan Rusiyanın olduğu qurumlardan imtina etmir. Amma hamıya bəllidir ki, Ermənistan Rusiyadan tamamilə qopmaq yolunda irəliləyir. Bunu isə bir qədər sərt formada həyata keçirir. Hesab edirəm ki, Ermənistan yaranan mühiti sakitləşdirmək üçün Moskvaya belə səfərlər edir”.