
Sosial şəbəkələr gənc qızları da uçuruma aparır -AÇIQLAMA
12:39 20.10.2024
Sosial
441
Məktəblərlə valideynlərin əlaqəsi də minimuma enib
Bakıda rəfiqələr arasında qanlı dava baş verib. 2005-ci il təvəllüdlü Aliyə Həsənova Rəşid Behbudov küçəsində rəfiqəsi tərəfindən bıçaqlanıb. O, təcili olaraq xəstəxanaya çatdırılıb, həyatı üçün təhlükənin olmadığı bildirilir.
Təəssüf ki, artıq hər gün bu qəbildən xəbərləri oxumağa və eşitməyə öyrəşmişik. Son dövrlərdə ölkəmizdə baş verən cinayət hadisələrinin sayı xeyli çoxalıb.
Oktyabrın 1-də saat 16 radələrində Xaçmaz rayonunda 2009-cu il təvəllüdlü A.Nəsrullayev 2008-ci il təvəllüdlü K.Orucova aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirib.
Bakı şəhəri, Sabunçu rayonu ərazisində oktyabrın 2-də saat 14 radələrində 2008-ci il təvəllüdlü Həsən Quliyev kəsici alətlə qətlə yetirilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən onun həmyaşıdı Yasin Mirzəyev saxlanılıb.
Oktyabrın 2-də Ramana qəsəbəsi ərazisində 2004-cü il təvəllüdlü Nağıyev Xəyal Əbülfət oğlunun da kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Elçin Süleymanov müəyyən olunaraq saxlanılıb.
Sabunçu rayonu, 71 saylı orta məktəbdə də bıçaqlanma hadisəsi baş verib. Oktyabrın 3-də verilən məlumata görə, hadisə zamanı 2008-ci il təvəllüdlü A.S yaşıdı D.N-nı bud nahiyəsindən bıçaqlayıb. Hər ikisi 10-cu sinif şagirdidir.
Statistikadan da göründüyü kimi, çox təhlükəli tendensiyadır və artan xətlə davam edir.
Sosioloq-jurnalist Lalə Mehralı da “Sherg.az"a açıqlamasında deyib ki, vəziyyət o həddə gəlib çatıb ki, nəinki gənclər, hətta yeniyetmələr, uşaqlar belə amansızlıqla qətl törədə bilirlər:

“İnsanlar bir-birinə qarşı o qədər aqressivləşiblər ki, bir insanın sözü digərinin xoşuna gəlmədikdə belə zorakılığa, bıçağa, silaha əl ata bilir. Uşaqlar böyümə mərhələsində-yeniyetməlik dövründə ətraflarında o qədər zorbalıqlar görüblər ki, bu, onlar üçün normaldır. Bəzi ailələr uşaqlara ad günü keçirəndə tortlarının üzərinə qandal təsviri, tapança maketi, oğru aləminə aid simvollar əks etdirirlər. Bir növ uşaqları “xuliqan” kimi böyüdürlər. Uşaqlar üçün elə geyimlər alırlar ki, üzərində bıçaq, tapança kimi təsvirlər olur. Bir valideyn niyə övladına bu cür paltar geyindirsin? Niyə övladına hazırlatdığı tortun üzərinə oğru aləmindən simvollar olsun? Əslində, xırda görünən bu məsələlər böyüdü-böyüdü və nəticədə bu cür dəhşətli bir vəziyyətə çatdı”.
Sosioloq deyib ki, ümumiyyətlə bu nəticənin, hazırkı görüntünün yaranmasında sosial şəbəkələrin də çox böyük rolu var:
“Uşaqları mümkün qədər televiziyalardan, sosial şəbəkələrdən uzaq saxlamaq lazımdır. Uşaqlara telefon verərkən müəyyən filtr proqramlardan istifadə etmək lazımdır. Hər şey tərbiyədən və valideyn nəzarətindən başlayır. Hazırda məktəblərlə valideynlərin əlaqəsi də minimuma endirilib. Biz məktəbin daxilinə girə bilmirik. Məktəbə girmək üçün yazılı izahat vermək, direktorun qəbuluna düşmək lazımdır. Mən məktəbə girib övladımın hansı şəraitdə oxuduğunu görmək üçün bir neçə prosedurdan keçməliyəm. Valideynlə məktəb arasında əlaqə yaratmaq lazımdır ki, valideynlə müəllimlər bir-birindən xəbərdar olsunlar. “Uşağı məktəbə göndərdim, vəssalam, işim bitdi” kimi qəbul edilməməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm