Dünya Hakimlərinin Baş Assambleyası 2025-ci ildə Azərbaycanda keçiriləcək
16:59 21.10.2024
Dünya
396
Cənubi Afrika Respublikasının Keyp Taun şəhərində Beynəlxalq Hakimlər Assosiasiyasının 66-cı illik toplantısı keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Hakimlər İttifaqından məlumat verilib.
Tədbirdə Azərbaycan Hakimlər İttifaqının İdarə Heyətinin sədri Ramiz Rzayev, sədr müavini Sənan Hacıyev və üzvü Tahir Kazımovdan ibarət nümayəndə heyəti iştirak edib.
Konfransda açılış nitqi ilə Cənubi Afrika Respublikasının Ali Məhkəməsinin sədri Mandisa Muriel Lindelwa Maya, ədliyyə və konstitusional inkişaf naziri Tembisile Simelane və təşkilatçı dövlətin digər rəsmi şəxsləri çıxış ediblər.
Beynəlxalq Hakimlər Assosiasiyasının sədri Duro Sessa təşkilatın ötənilki fəaliyyəti barədə, habelə ayrı-ayrı dövlətlərdə məhkəmə hakimiyyətinin üzləşdiyi problemlər haqqında iştirakçılara ətraflı məlumat verib. O, bir sıra ölkələrdə, o cümlədən Ermənistanda məhkəmə sistemində olan mövcud problemlərin narahatlıq doğurduğunu vurğulayıb. Ətraflı müzakirələrdən sonra təxirəsalınmaz tədbirlərin görülməsini tələb edən müvafiq qətnamələr qəbul olunub.
Bununla yanaşı, tədbirdə müxtəlif üzv dövlətlərin nümayəndə heyətləri tərəfindən ölkələrində məhkəmə hakimiyyəti ilə bağlı vəziyyət, aparılan islahatlar və mövcud problemlər barədə məlumatlar təqdim edilib və bu istiqamətdə qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Tədbir çərçivəsində, həmçinin "Süni intellekt və onun məhkəmə fəaliyyətinə təsiri" mövzusunda beynəlxalq konfrans keçirilib, bu sahədə ixtisaslaşmış beynəlxalq ekspertlərin məruzələri dinlənilib.
Daha sonra Azərbaycan Hakimlər İttifaqının təşkilatın nizamnamə şərtlərinə uyğun olaraq Baş Assambleyanın 2025-ci ildə Bakıda keçirilməsi ilə bağlı rəsmi müraciəti müzakirəyə çıxarılıb. Ermənistan və Fransa nümayəndə heyətlərinin etirazına baxmayaraq, keçirilən gizli səsvermə nəticəsində səs çoxluğu ilə 2025-ci ildə Beynəlxalq Hakimlər Assosiasiyasının Baş Assambleyasının Bakı şəhərində keçirilməsi qərara alınıb.
Toplantıda, həmçinin Azərbaycanın təbiəti, tarixi, mədəniyyəti, milli və mənəvi dəyərlərini, habelə məhkəmə sistemini və bu sahədə həyata keçirilən islahatları, o cümlədən Azərbaycan Hakimlər İttifaqının fəaliyyətini əks etdirən xüsusi hazırlanmış videoçarx nümayiş etdirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya