Müsəlman ölkələrinin Azərbaycandakı səfirləri görüşüb
16:21 22.10.2024
Siyasət
324
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə birgə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin ölkədə akkreditə olunmuş səfirləri ilə görüş keçirib.
XİN-dən "Sherg.az"a verilən məlumata görə, görüşdə ölkənin qardaş və dost müsəlman ölkələri ilə əlaqələrinin daha da genişlənməsinin əhəmiyyəti, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrlik prosesi, noyabr ayında keçiriləcək iclasa hazırlıq məsələləri, postmünaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin perspektivlərindən, digər regional təhlükəsizlik məsələlərindən ətraflı bəhs olunub.
C.Bayramov çıxışında Azərbaycanın qardaş müsəlman ölkələri ilə dərin münasibətlərin əsas prioritetlərdən olduğunu vurğulayıb. Yaxın Şərqdə genişlənən münaqişənin qəbuledilməzliyi, İsrail-Fələstin münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri və “iki dövlət” prinsipi əsasında həllinin vacibliyi qeyd olunub.
Ölkəsinin COP29 sədrliyi, əsas baxış və prioritetləri, bir sıra istiqamətlər, xüsusilə, İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədi, Paris Sazişinin 6-cı maddəsi, adaptasiya, təsirlərin yumşaldılması, İkiillik Şəffaflıq Hesabatları (BTR), Milli səviyyədə müəyyən edilmiş töhfələr (NDC), habelə sədrliyin fəaliyyət planı barədə ətraflı məlumat verib.
Qeyd edilən istiqamətlərdə aparılan danışıqlar prosesində əhəmiyyətli irəliləyişin məmnunluq doğurduğu bildirilib. Noyabrın 11-22-də keçiriləcək konfrans zamanı ümumilikdə müxtəlif aidiyyəti mövzular üzrə 60-a yaxın sənədin qəbulunun planlaşdırıldığı qeyd olunub. Görüşdə iştirak edən dost və qardaş ölkələrə göstərdikləri dəstəyə görə təşəkkür edilib.
Azərbaycan-Ermənistan normallaşma prosesi barədə ətraflı məlumat verən nazir kitərəfli sülh danışıqlarının və prosesinin irəlilədilməsi istiqamətində ən çox səy göstərən tərəf olduğunu diqqətə çatdırıb.
Nəticə etibarilə, bu günədək sülh prosesində əhəmiyyətli tərəqqi əldə edildiyi, xüsusilə delimitasiya məsələləri ilə bağlı sərhədin müəyyən bölməsi üzrə razılığın əldə olunduğu və sülh müqaviləsi üzrə bir çox müddəaların razılaşdırıldığı bildirilib. Bununla yanaşı, sazişin yerdə qalan müddəaları üzrə Nyu-York və İstanbulda ətraflı müzakirələr aparıldığı diqqətə çatdırılıb.
Bununla belə, Ermənistanın konstitusiyasında ölkəmizin ərazi bütövlüyünə yönələn ərazi iddialarının davam etdirilməsinin dayanıqlı sülh quruculuğu istiqamətində səylərə təhdid olduğunu qeyd edib.
Habelə bölgədə eskalasiyaya səbəb ola biləcək Ermənistanın hərbiləşmə kimi addımlardan çəkinməsinin vacibliyi qeyd olunub.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev İslam həmrəyliyinə verilən əhəmiyyətə diqqət çəkərək ölkələr arasında həm ikitərəfli, həm də İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Dövlətləri Liqası, Körfəz Əməkdaşlıq Şurası daxil olmaqla çoxtərəfli əməkdaşlığa verilən önəmi vurğulayıb.
COP29 çərçivəsində ölkəsinin hazırlıq işlərindən danışan Hikmət Hacıyev sədrliyin “Qlobal Cənub” və “Qlobal Şimal” ölkələri arasında iqlim dəyişikliyi məsələləri üzrə vacib platforma yaratmaq məqsədi daşıdığını bildirib.
Azərbaycan tərəfindən aparılan genişmiqyaslı işlərin müxtəlif əsassız məsələlərlə hədəf alınmasına cəhd göstərildiyi, qəbuledilməz şəkildə Azərbaycan-Ermənistan normallaşma prosesinin, “Azərbaycanın neft ölkəsi olması” məsələsinin, eləcə də insan hüquqları kimi bəhanələrin COP gündəliyinə daxil edilməsinə çalışıldığı qeyd olunub. Bu yanaşmanın qəbuledilməz olduğu, bu sahələrin ölkəmizin digər platformalarda müzakirəsinə daim hazır olduğu vurğulanıb.
Azərbaycanın Ermənistanla sülh prosesinə sadiq olduğu, bununla yanaşı Ermənistanın təklif etdiyi yarımçıq sülh sazişinin məqbul olmadığı vurğulanıb. Sülh sazişi üzrə yerdə qalan müddəaların razılaşdırılmasının vacibliyi diqqətə çatdırılıb. Bununla yanaşı, bölgədə Ermənistanın hərbiləşməsinin təhdid mənbəyi olduğu qeyd edilib.
Daha sonra görüş sual-cavab sessiyası ilə davam etdirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət