
İrəvan sülhdən yayına bilməyəcək - RƏY
23:07 22.10.2024
Siyasət
369
Savaş kapitulyasiyasına Paşinyan imza atmışdısa, diplomatik kapitulyasiyaya Simonyan imza çəkmiş oldu
Ermənistan parlamentinin sədri Alen Simonyan keçmiş "Dağlıq Qarabağ"ın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olduğunu bəyan edib. Simonyan bir neçə gün əvvəl də bildirmişdi ki, Azərbaycan Qarabağda əməliyyatı BMT-nin ən azı 3-4 qətnaməsi çərçivəsində həyata keçirib. Ermənistan parlamentinin iclasında müxalif fraksiyadan olan deputat Geqam Manukyan müsahibəsində dediyi bu sözləri Simonyana irad tutaraq, “Siz bu tezisi hardan almısınız ki, Azərbaycanın "Artsax"a (Qarabağ) hücum etmək hüququ vardı və BMT qətnamələri buna imkan verirdi” sualını ünvanlayıb. Simonyan bunun cavabında bildirib ki, hər sözdə hansısa məna axtarmaq, hər kəlməni müxtəlif cür yozmaq olar: “Lakin fakt faktlığında qalır ki, bizim haqqında danışdığımız ərazi (Qarabağ - red.) Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub, indi də belədir”. Xatırladaq ki, bənzər etiraflar zaman-zaman Baş nazir Nikol Paşinyanın dilindən də səsləndirilir.
Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Tural İrfan "Sherg.az"a deyib ki, Ermənistanın sürətlə silahlanması, Avropa "missiyası"nın fəaliyyəti, İrəvanın sülhdən yayınması, Zəngəzur dəhlizi tərəddüdü Azərbaycan tərəfindən narahatlıqla qarşılandı və rəsmi İrəvanın müharibəyə hazırlaşması kimi qiymətləndirildi. Analitikə görə, Ermənistan bundan ciddi narahat oldu və dərk etdi ki, növbəti müharibə onun sonu və Azərbaycanın maraqlarının tam təminatı ola bilər:

"Üstəlik, Ermənistanın regionda əsas güvənc yeri olan İranın hazırda durumu ağırdır. Zəngəzur dəhlizi məsələsində Rusiya ilə İranın mövqeyi üst-üstə düşmədi, tərəflər arasında soyuqluq müşahidə olunur. Həmçinin Ermənistanın yön aldığı bəzi Qərb ölkələri qarşı olduqları İran ilə Ermənistanın sıx münasibətlərini məqbul saymırdılar. Eyni zamanda Türkiyə ilə Ermənistan arasında müəyyən məsələlərdə anlaşmalar var. Odur ki, Ermənistan başqa çıxış yolu görmür. Şübhəsiz, rəsmi İrəvanın bəyanatlarına, sərgilədiyi mövqeyə tam etibar etmək olmaz. Ancaq hər halda onların belə mövqe sərgiləməsi başadüşüləndir".
T.İrfan əlavə edib ki, Zəngəzur dəhlizi məsələsi 10 noyabr bəyanatında əksini tapıb və Ermənistanla bu məsələ o dövrdə Rusiyanın iştirakı ilə üçtərəfli razılaşdırılıb: "İndi Ermənistanın bundan imtina etməsi və üstəlik silahlanması qarşı tərəfin, yəni Azərbaycanın güc tətbiqinə yol aça bilər. Küncə sıxışan Ermənistan belə bəyanatlar verir. Belə açıqlamalarla Azərbaycanı arxayın salmaq siyasəti də güdə bilərlər. Əsas olan əməldə məsələlərin yoluna qoyulmasıdır. Bu zaman açıqlamalar da inandırıcı olar. Sülh məsələsində, Zəngəzur dəhlizi mövzusunda, torpaq iddialarında Ermənistan tərəfin nə qədər səmimi olduğu üzə çıxar. Azərbaycan apardığı səmərəli xarici siyasət nəticəsində döyüş meydanında məğlub olmuş Ermənistanı diplomatiya səhnəsində də tam məğlub etdi. Savaş kapitulyasiyasına baş nazir Paşinyan imza atmışdısa, diplomatik kapitulyasiyaya da bu bəyanatla Simonyan imza çəkmiş oldu. Mahiyyətindən asılı olmayaraq, Ermənistanın bu açıqlaması Azərbaycanın növbəti qələbəsidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət