Rusiyanın nüvə Mesajı: Belarusa hücum olarsa istifadəyə haqqı var -RƏY

Rusiya Belarusa yönələn aqressiya səbəbindən nüvə silahından istifadə oluna bilər. Bunu Rusiyanın müdafiə naziri Andrey Belousov hər iki ölkənin Müdafiə nazirliklərinin Minskdəki kollegiya iclasında deyib. O həmçinin ölkəsi ilə Belarus arasında İttifaq dövləti çərçivəsində tərəfdaşlığı xatırladıb. Rusiyanın yenilənmiş nüvə siyasətini şərh edən A.Belousov əlavə edib ki, bunu qlobal səviyyədəki reallıqlar tələb edir. Dünyada hərbi-siyasi reallıqlar dəyişib. Rusiya da öz siyasətini buna müvafiq olaraq həyata keçirir. Belə olan şəraitdə Belarusa qarşı istənilən hərbi aqressiya cəhdinə nüvə silahı ilə cavab veriləcəyini istisna etmirik. 

Politoloq Azad Məsiyev “Sherg.az”a söyləyib ki, Rusiya və Belarus həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığa malik olan ölkələrdir:

"Belarusun təhlükəsizliyinə cavabden olan ölkə Rusiyadır. Həmçinin iki ölkə arasında stratrji, iqtisadi və hərbi sahədə əməkdaşlıq mövcuddur. Xatırlatmaq lazımdır ki, 2020-ci ildə  Amerika Birləşmiş Ştatları və Qərb Belarusda dövlət çevrilişi etməyə cəhd göstərdi. Bununla da Belarusdan Rusiyaya qarşı istifadə etməyə cəhd göstərmək niyyəti güdürdülər. Amma prezident seçkilərində sözügüdən hadisə baş tutmadı. Ümumilikdə Qərb Belarusda hakimiyyəti öz təsiri altına almağa çalışır. Yəni Amerika başda olmaqla Qərb Rəsmi Minskə qarşı sanskiyalar tətbiq etməklə iqtisadi çöküş yaratmaq istəyir. Digər tərəfdən NATO Rusiya sərhədlərinə doğru irəliləməkdədir. Finlandiyanın alyansa daxil edilməsi buna bariz nümunədir. Beləliklə Rusiya ətrafında NATO blokunu gücləndirirlər. Rusiya isə özünə və Belarusu Qərbdən gələcək təhlükən qorumaq üçün Belarusiyada nüvə doktrinasına yenidən baxıb. Əgər Rusiya və Belarus üçün müəyyən təhlükə yaranarsa, rəsmi Moskva həmin silahlardan istifadə etmək hüququna malikdir. Bu yaxınlarsa Belarus prezidenti açıqlamasında bildirdi ki, Qərbdən gələcək təhlükəyə qarşı həmin silahlardan istifadə olunacaq. Amerika başda olmaqla Qərbin Rusiya və Belarusa qarşı apardığı siyasət bəşəriyyət üçün təhlükə yaradacaq prosesin başlanğıcıdır. Yəni Ukrayna müharibəsinin sonu daha təhlükəli tendensiyaya gətirib çıxarar. Çünki Amerika Birləşmiş Ştatları Ukraynanı Rusiyaya qarşı istifadə etmək üçün ən yeni silahlarla təmin edə bilər ki, bu da Rusiyanın nüvə silahından istifadə etməsinə səbəb olar”.