6 ildən sonra... Şahzadə qardaşının adını çəkdi
13:08 28.10.2024
Dünya
427
Kral Çarlz və Şahzadə Diananın böyük oğlu şahzadə Uilyam ailəsi ilə birlikdə ABŞ-a köçərək orada mıəskunlaşmış qardaşı, şahzadə Harri haqqında uzun illərdən sonra ilk dəfə danışıb.
“Sherg.az” “NTV.com.tr”yə istinadən qeyd edir ki, şahzadə qardaşların münasibətləri heç də yaxşı olmadığı məlumdur. Münasibətlərinin pozulmasına, arada “sərin yellər” əsməsinə səbəbsə şahzadə Harrinin kral ailəsinin sirrlərini açan "Ehtiyat" adlı kitabını ABŞ-də nəşr etdirməsidir. Şahzadə Harri, Kensinqton sarayında qızğın mübahisə zamanı Uilyamın ona fiziki hücum etdiyini iddia edib. Harri və həyat yoldaşı Meghan Markl təxminən dörd il əvvəl kral sarayını tərk edərək Kaliforniyaya köçüb. 42 yaşlı Uels şahzadəsi isə bu yaxınlarda çəkiləcək "Şahzadə Uilyam: Evsizliyə son verə bilərik" sənədli filmində qardaşı haqqında danışıb. Şahzadə Uilyam təxminən 6 ildən sonra qardaşı, şahzadə Harrinin adını çəkib. Yayımlanan klipdə şahzadə Uilyam anası şahzadə Diana və qardaşı ilə birlikdə The Passage adlı xeyriyyə təşkilatına baş çəkdiyi anları bu sözlərlə təsvir edib: "Anam məni və Harrini "Keçid"ə apardı. O vaxt mənim 11 yaşım var idi. Bəlkə də 10 yaşım var idi. Mən əvvəllər heç vaxt belə yerdə olmamışdım və görəcəklərimdən bir az narahat idim". Şahzadə daha sonra xeyriyyə təşkilatında anası Şahzadə Diananın hamı ilə necə yaxşı münasibət qurmasından və xeyriyyə təşkilatındakı təcrübələrindən danışıb.Uilyam və Harri keçən ay əmilərinin anım mərasimində qısaca görüşüblər. Qardaşların bir-biri ilə danışmadan, az qala “arxa-arxaya” dayandıqları kameralara yansıyıb. Münasibətləri pozulmuş şahzadə qardaşlar ötən il Kral Çarlzın tacqoyma mərasimindən sonra ilk dəfə Norfolkdakı Snettishamda keçirilən mərasimdə görüşüb, lakin qardaşlar kəlmə kəsməyib. Digər tərəfdən, şahzadə Harri bundan əvvəl açıqlamasında ailəsi üçün darıxdığını və onlarla səmimi münasibətdə olmaq istədiyini bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm