Lənkəranda kütləvi davanın təfərrüatları məlum olub - YENİLƏNİB
Yusif Nəzərli
06:17 29.10.2024
Hadisə
454
Lənkəranda baş verən kütləvi davada 5 nəfər xəsarət alıb.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, gənclər arasında yaranan kütləvi dava təsadüfən baş verib. İlkin məlumata görə, mübahisəyə səbəb tərəflərdən birinin axşam saatlarında kənd yolunda avtomobili yüksək sürətlə idarə etməsi olub. Qarşı tərəfin avtomobili saxlatdırıb irad bildirməsi ilə mübahisə yaranıb və zərbənin təsirindən gənclərdən biri yıxılaraq yol kənarında olan dəmir məhəccərin üstünə düşüb.O, döş qəfəsi nahiyəsindən kəsici-deşici xəsarət alıb.
Kütləvi dava nəticəsində ümumilikdə 5 nəfər xəsarət alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, hadisə ötən gecə Lənkəran rayonunun Ürgə kəndi ərazisində qeydə alınmışdı.
***
21.17
Lənkəranda kütləvi dava olub.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, gənclər arasında kütləvi dava axşam saatlarında Lənkəran rayonunun Ürgə kəndi ərazisində baş verib. Kütləvi davada Lənkəran rayon Nərimanabad qəsəbə sakini 2004-cü il təvəllüdlü Zakir Vüqar oğlu Səfərzadə ağır xəsarət alıb.
Digər şəxslər, Lənkəran rayon Nərimanabad qəsəbə sakini 2004-cü il təvəllüdlü Rüstəm Nasib oğlu Əhmədov, 2011-ci il təvəllüdlü Yusif Nasib oğlu Əhmədzadə, Cəlilabad rayon sakini 2003-cü il təvəllüdlü Nurlan Seymur oğlu Əlizadə və Lənkəran rayon Boladi kənd sakini 2004-cü il təvəllüdlü Əli Elçin oğlu İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.
Z.Səfərzadə əməliyyat blokuna alınıb. Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosunun sorğusuna cavab olaraq bildirilib ki, şəxsi münasibətlər zəminində baş vermiş həmin insidentlə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Araşdırmanın nəticəsində məsələyə hüquqi qiymət veriləcək.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm