
Ukrayna ətrafında qütbləşmə güclənir: Qərb və Şimali Koreya savaşa qoşulur?
10:24 29.10.2024
Dünya
462
Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Qərb ölkələrinin hərbçiləri çoxdan Ukraynadadırlar. O, Qərbin Rusiya ilə Şimali Koreya arasında əməkdaşlıqla bağlı bəyanatlarını Qərb hərbçilərinin Ukraynaya göndərilməsinə köhnə tarixlə haqq qazandırmaq cəhdi adlandırıb. O söyləyib ki, Rusiya ilə KXDR arasında hərtərəfli strateji tərəfdaşlıq sazişi gizli deyil, açıqdır. Sazişin bütün mətni dərc edilib və heç bir şəkildə beynəlxalq hüququn heç bir müddəasını pozmur, çünki o, digər şeylərlə yanaşı, müqavilənin iştirakçısı olan ölkələrdən birinə hərbi hücum edildiyi halda bir-birinə yardım göstərməyi nəzərdə tutur. Burada bizim mövqeyimiz tamamilə dürüstdür. Lakin hansısa bəhanə ilə Ukraynaya qoşun yeridəcəkləri barədə belə məkrli bəyanatlar uzun müddətdir baş verənlərə köhnə tarixlə haqq qazandırmaq cəhdidir.
Siyasi şərhçi Kənan Novruzov “Sherg.az”a söyləyib ki, Sergey Lavrov açıqlaması ilə Şimali Koreyanın müharibə zonasına qoşun göndərdiyini etiraf edib:

“O eyni zamanda çıxışı ilə Şimali Koreyanın qoşun göndərməsinə haqq qazandırıb və hüquqi olduğunu söyləyib. Digər tərəfdən istisna edilməməlidir ki, həqiqətən də Ukraynada Qərb qoşunları var. Bu gün faktiki olaraq Ukraynada proksi müharibə gedir. Qərb gücləri Ukrayna vasitəsilə Rusiyanı zəiflətməyə çalışırlar. Şimali Koreyanın qoşun göndərməsi isə deməyə əsas verir ki, Rusiyanın imkanları getdikcə tükənir. Digər tərəfdən isə müharibənin başa çatması real görünmür və savaş yeni mərhələyə qədəm qoya bilər. Əgər dolayısıyla iştirakçı ölkələrin sayı artarsa, bu Ukrayna ətrafında dünya dövlətlərinin qütbləşməsini gücləndirəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm