Trampın seçilməsinə İrandan ilk reaksiya

ABŞ prezident seçkilərinin birbaşa bizə heç bir aidiyyatı yoxdur. Amerika-İran siyasətinin ümumi vektoru dəyişməz olaraq qalacaq.
Axar.az xəbər verir ki, bu sözləri İran hökumətinin sözçüsü Fatimə Mühacirani deyib.

“Vaşinqtonun gələcək xarici siyasəti ilə bağlı lazımi proqnozlar artıq verilib və ABŞ seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq, sadə iranlıların həyatında heç nə dəyişməyəcək”, - Mühacirani bildirib.

Qeyd edək ki, ABŞ-da keçirilən prezident seçkilərində Donald Tramp ölkənin 47-ci prezidenti seçilib.