"Ukrayna münaqişəsinin uzanması getdikcə diplomatiya imkanlarını daraldır".
Oxu.Az "Anadolu Ajansı"na istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Budapeştdə keçirilən Avropa Siyasi Birliyinin sammitində çıxışı zamanı deyib.
Ərdoğan hesab edir ki, Ukraynada müharibənin yaratdığı neqativlik hər gün daha da ağırlaşır.
"Son həftələrdə mən Rusiya Prezidenti Vladimir Putinlə görüşdüm və ondan əvvəl Ukraynanın xarici işlər nazirini qəbul etdim, onlara diplomatiya üçün məkanın açılmasının zəruriliyi ilə bağlı mesajlarımızı çatdırdım", - Türkiyə prezidenti bildirib.
O, həmçinin qeyd edib ki, respublikanın Avropa İttifaqına (Aİ) tamhüquqlu üzv kimi daxil olmaq üçün uzunmüddətli səylərinin əngəllənməsinə dair məntiqli izah görmür.
"Türkiyə kimi qitənin rifahına və təhlükəsizliyinə mühüm töhfə vermiş namizəd ölkə üçün Aİ-yə üzvlük prosesinin uzun illər əngəllənməsinin ağlabatan izahı yoxdur", - dövlət başçısı bildirib.
O, Aİ-ni Ankaranın 2016-cı ilin iyul çevrilişinə cəhddə əli olan terrorçu Kürdüstan Fəhlə Partiyası (PKK) və FETÖ ilə mübarizədə konkret əməkdaşlığa çağırıb.