Baba Vanqanın gələn ilə dair öngörmələri hürküdücüdür
Yeni il yaxınlaşdıqca, 2025-in necə keçəcəyi, hansı hadisələrlə yadda qalacağı ehtimalları da artır. XX əsrdə yaşadığı halda XXI əsrdə baş verəcəklər barədə dünyanı xəbərdar etmiş Vanqa nənənin öngörmələri isə bu gün də dünyanı heyrətdə saxlayır.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, Balkanların Nostradamusu kimi tanınan Baba Vanqa (Vanqa nənə) 1996-cı ildə vəfat etsə də, hər il gələcəklə bağlı yeni proqnozları ortaya çıxır. Onun 2025-ci ilə dair öngörmələri isə hürküdücüdür. Baba Vanqa 2025-ci il haqqında “sonun başlanğıcı” ifadəsini işlədib. 2025-ci ilə dair proqnozları yaxşı bir şey vəd etmir. Sağlığında Baba Vanqa 2025-ci ildə Avropada fəlakətli müharibənin başlayacağını iddia edib. O, iddia edib ki, bu müharibə Rusiya-Ukrayna münaqişəsindən asılı olmayaraq başqa iki xalq arasında başlayacaq. Müharibədən sonra qitədə böyük sayda insan itkisi yaşanacaq. Baba Vanqanın ən təəccüblü proqnozlarından biri insanlıq və yadplanetlilər həyatı arasında bir növ əlaqənin qurulacağı iddiasıdır. Xüsusilə telepatiya sahəsində böyük elmi tərəqqinin olacağı və bunun yer üzündən kənar həyatla əlaqədə inqilabi bir addım olacağı bildirilir. Baba Vanqa gələn il yad canlılarla əlaqənin qurulacağını və bunun ən qəribə şəraitdə böyük idman yarışı zamanı baş verəcəyini proqnozlaşdırıb. Məşhur kahin 2025-ci ildə tibbi inqilab olacağını proqnozlaşdırır. Baba Vanqanın iddiasına görə, alimlər laboratoriyalarda insan orqanlarını istehsal edə biləcək, orqanlar uzun gözləmə siyahıları və riskli prosedurlar olmadan transplantasiyaya hazır olacaqlar. Onun 2025-ci ilə dair proqnozları qorxuludur. "Qədim vəba" xəstəliyinin 2025-ci ildə yenidən ortaya çıxacağı, dünyada narahatlıq doğurduğu iddia edilən epidemiyanın keçmişin əsas vəba epidemiyaları qədər təsirli ola biləcəyi düşünülür. Bundan başqa, 2025-ci ildə Braziliyada vulkan püskürmələrinin və şiddətli daşqınların olacağına dair öngörü də var. Bu hadisələrin ətraf mühitin məhvini artıraraq dünyaya ciddi təsir edəcəyi proqnozlaşdırılır.