SEPAH və İran qüvvələri Suriyanı tərk edir – Təcili

İran İslam İnqilabı Keşikçiləri Korpusunun qüvvələri və İran ordusunun hərbçiləri Suriyanı tərk etməyə başlayıb.

Axar.az xəbər verir ki, İran Teleqram kanallarında məlumat yayılıb.

Qeyd edilir ki, “Heyət Təhrir əş-Şam”ın hücumu ilə Əsəd ordusunun darmadağın olması, paralel olaraq ASO-nun şimalda sürətlə hərəkətə keçməsi fonunda rejimin müdafiəsinin mümkünsüz olması İranı bu addımı atmağa vadar edib.

İran vətəndaşlarını təxliyəsinə isə ötən gün axşam saatlarından başlanıb.