Tramp: Fransa ələ keçirilib, təcili sərhədlər bağlanmalıdır

ABŞ Prezidenti Donald Tramp miqrantların Fransada nəzarəti ələ keçirdiyini və hakimiyyətin təcili sərhədləri bağlamalı olduğunu bildirib.

Teleqraf xəbər verir ki, Amerika lideri bu barədə “Truth Social”da yazıb.

“Miqrantlar Fransanı ələ keçiriblər. Sərhədlər təcili bağlanmalıdır”, - Tramp qeyd edib.

Oktyabrın 17-də Parisdə və Fransanın bütün ərazisində yanacağın qiymətinin artmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı kütləvi nümayişlər keçirilib. Təşkilatçıların hesablamalarına görə, aksiyalarda 800 min nəfər iştirak edib. Daxili İşlər Nazirliyi isə iştirakçıların sayını 550 min nəfər olaraq qiymətləndirib.

Bir sıra şəhərlərdə etiraz aksiyaları iğtişaşlara və polislə toqquşmalara çevrilib. Daxili işlər naziri Loran Nunes hakimiyyətin talan və qarətlərdə iştirak edən bütün şəxslərin təqibini davam etdirəcəyini vəd edib.