“Azərbaycan Könüllülük Həftəsi 2024” çərçivəsində “Eko təşəbbüslər” günü keçirilib
10:03 09.12.2024
Cəmiyyət
585
“Azərbaycan Könüllülük Həftəsi 2024” çərçivəsində “Eko təşəbbüslər” günü keçirilib.
"Sherg.az" xəbər verir ki, “Azərbaycan Könüllülük Həftəsi 2024” layihəsi çərçivəsində ölkə gənclərinin sosial məsuliyyəti, ictimai həyatda iştirakçılığı və könüllülük mədəniyyətinin inkişafı, eləcə də ətraf mühitin qorunmasında həmrəyliyin artırılmasına yönələn 12 istiqamət üzrə fəaliyyət davam etdirilir.
“Könüllülük Həftəsi” ərzində keçirilən tədbir və layihələrin həsr olunduğu istiqamətlərdən biri də könüllülər arasında ekoloji məsuliyyətliliyin gücləndirilməsi, ekoloji problemlərin həlli və cəmiyyətdə ekoloji maarifləndirmə səviyyəsinin artırılmasına həsr olunan “Eko təşəbbüslər” günüdür.
Bu gün çərçivəsində könüllülər eko çağırışları əhatə edən “Könüllülərdən Eco Challenge”, “Yaşıl fidanlar” ağacəkmə aksiyası, sahibsiz heyvanlara yardım və qayğı göstərmək məqsədli “Könüllülərin sahibsiz heyvanlarla bir günü” adlı layihəsi həyata keçirilib.
Həmçinin könüllülərin iştirakı ilə küçə heyvanları üçün sığınacaqların hazırlanması eko-masterklası baş tutub. “Eko təşəbbüslər” günü çərçivəsində Azərbaycan xalq tətbiqi sənətinin dəyərli nümunəsi olan xalçaçılıq sənətinin təbliği və gənclərin bu sahəyə marağının artırılması məqsədilə “Bir ilmə, bir könüllü” adlı eko-masterklas da həyata keçiriləcək.
Bu tədbirin yekununda hər bir könüllünün bir ilmə atacağı “Azərbaycan Könüllülük Həftəsi”ni simvolizə edən xalça toxunulacaq. Eko-masterklasın məqsədi könüllülük dəyərlərinin bədii ifadəsi olmaqla yanaşı, həm də Azərbaycanın milli-mədəni irsinə verilən böyük töhfədir.
Qeyd edək ki, “Könüllülük Həftəsi” Azərbaycan Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “ASAN Xidmət” və IDEA İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Uşakov: Putin və Tramp bu gün görüşə bilərlər
13:37 18.11.2026
Gündəm
İraq Baş naziri SEPAH-a xəbərdarlıq etdi
13:30 18.11.2026
Aktual
Trampın Çinə səfəri başlayıb
13:22 18.11.2026
Dünya
Bəzi sürücülərə cərimələr yeni qayda ilə çatdırılacaq
13:15 18.11.2026
Cəmiyyət
Sabahın hava proqnozu açıqlanıb
12:54 18.11.2026
Ekologiya
DYP Samuxda baş verən qəza ilə bağlı məlumat yaydı
12:47 18.11.2026
Hadisə
Hikmət Babaoğludan Zahid Oruca irad: Bu, doğru deyil
12:40 18.11.2026
Cəmiyyət
Yohann Vadeful: Bakıda açıq dialoq apardıq
12:33 18.11.2026
Siyasət
Dərman satışı zamanı bazar qiymətinin tətbiqi qaydaları dəyişir
12:29 18.11.2026
Sağlamlıq
Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur
12:22 18.11.2026
Gündəm
Kilolu adamlarla bağlı ən son araşdırma - Az yaşayırlar
12:14 18.11.2026
Sağlamlıq
Hesablama Palatasının xərclərinə ayrılan vəsait artırılıb
12:12 18.11.2026
İqtisadiyyat
Aqrar sahədə 100%-lik tam vergi azadolması ləğv edilir
12:04 18.11.2026
İqtisadiyyat
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:53 18.11.2026
İqtisadiyyat
Almaniya XİN rəhbəri: Azərbaycan etibarlı tərəfdaşdır
11:47 18.11.2026
Gündəm