Rusiya Prezidenti Vladimir Putinin Moskvada səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü planlaşdırılmır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Putinlə Paşinyan arasında görüş nəzərdə tutulmayıb.
Qeyd edək ki, Ermənistan Baş naziri bu gün Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün Moskvaya səfər edib.