Polşa Xarici İşlər Nazirliyi Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib.
APA xəbər verir ki, bu barədə XİN “X” platformasındakı paylaşımında bildirib.
“Bu gün Bakıdan Qroznıya uçan və Qazaxıstan ərazisində qəzaya uğrayan Azərbaycan Hava Yollarının sərnişin təyyarəsinin qurbanlarının ailələrinə və yaxınlarına başsağlığı veririk. Yaralıların tezliklə sağalmasını arzulayırıq”,- deyə paylaşımda qeyd edilib.