Salyanda zəncirvari qəza nəticəsində bir neçə nəfər xəsarət alıb.
APA-nın Mil-Muğan bürosu xəbər verir ki, hadisə gecə saatlarında yeni Ələt-Astara magistralının Salyan rayonu, Çuxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mercedes" və "Opel" markalı minik avtomobilləri ağır tonnajlı yük avtomobili ilə toqquşub.
Hadisə nəticəsində "Mercedes" markalı nəqliyyat vasitəsində olan şəxslər ağır bədən xəsarətləri alıblar.
İlkin məlumata görə qəzaya səbəb ağır tonnajlı yük avtomobili olub. Qeyd edək ki, yük avtomobili Rusiya Federasiyasına məxsusdur.
Faktla bağlı araşdırma aparılır.