Helsinkidə həyəcan təbilı: Aİ Rusiyaya qarşı müdafiə planı qurur

Finlandiyanın baş naziri Petteri Orpo bildirib ki, 16 dekabrda Helsinkidə keçiriləcək “Şərq cinahı” sammitində Avropa ölkələri Rusiyadan müdafiə məqsədilə müdafiə tədbirlərinin gücləndirilməsini müzakirə edəcəklər.

Sherg.az xəbər verir ki, sammitdə İsveç, Polşa, Estoniya, Latviya, Litva, Rumıniya və Bolqarıstan liderləri də iştirak edəcək. Görüşün məqsədi Aİ-dən sərhəd təhlükəsizliyi, HHM sistemləri və quru qoşunlarının gücləndirilməsi üçün maliyyə əldə etməkdir.

Orpo bildirib ki, “Rusiya bu gün, sabah və uzunmüddətli perspektivdə təhlükə yaradır.”