ABŞ Karib dənizində hərbi varlığını artırır

ABŞ-ın Venesuela prezidenti Nikolas Maduroya təzyiqləri artırması fonunda Karib dənizində hərbi gücünü artırdığı bildirilir.

APA xəbər verir ki, bu barədə “Wall Street Journal” (WSJ) peyk görüntülərinə və uçuş məlumatlarına istinadən məlumat yayıb.

Həmçinin son günlərdə ABŞ-ın yanacaqdoldurma təyyarələrinin Dominikan Respublikasına yerləşdirdiyi bildirilir.

Məlumata görə ABŞ ilə Venesuela arasında gərginlik artdıqca Karib dənizində hərbi aktivlik nəzərəçarpacaq dərəcədə artıb.

ABŞ ordusu, dünyanın ən böyük təyyarədaşıyan gəmisi olan USS Gerald R. Ford və çoxsaylı hərbi gəmilər də daxil olmaqla, bölgəyə 15.000 hərbçi göndərib.

Hazırda ABŞ-ın Karib dənizində 11 hərbi gəmisi və çoxlu qırıcı təyyarəsi var.