Avstraliyada baş verən terror aktından sonra Böyük Britaniya və İrlandiyada yəhudi icması ilə əlaqəli məkanların mühafizəsi gücləndirilib.
Teleqraf xəbər verir ki, bu barədə London polisi məlumat yayıb.
Bildirilib ki, Sidneydəki hücumla Londondakı təhlükə səviyyəsi arasında birbaşa əlaqə barədə məlumat olmasa da, profilaktik məqsədlə polis patrullarının sayı artırılıb və yəhudi icması ilə sıx əməkdaşlıq qurulub.
İrlandiyada isə RTE telekanalının məlumatına görə, yəhudi icmaları ilə əlaqə üçün xüsusi müfəttişlər təyin olunub, onlara aid mərkəzlərdə və tədbirlərdə patrul xidməti gücləndirilib.