Dekabrın 15-də beynəlxalq ictimaiyyət ilk dəfə Ümumdünya Türk Dilləri Gününü qeyd edir.
Oxu.Az xəbər verir ki, bu barədə qərar noyabr ayında Səmərqənddə keçirilən UNESCO Baş Konfransında verilib.
Bu tarixin seçilməsi çox simvolik və mənalıdır. 15 dekabr 1983-cü ildə danimarkalı dilçi Vilhelm Tomsen ən qədim yazılı mənbələrdən biri olan Orxon yazılarının uğurla deşifrə edildiyini açıqlayıb. Yazılar qədim türklər tərəfindən eramızın 8-ci əsrində indiki Monqolustan ərazisindəki Orxon vadisində yaradılıb və 1889-cu ildə kəşf edilib.
Türk dil ailəsinə mənsub olan Azərbaycan, qazax, qırğız, türk, türkmən və özbək dilləri təxminən 12 milyon kvadrat kilometr ərazidə 200 milyondan çox insan üçün ana dilidir.
Ümumdünya Türk Dilləri Gününün qeyd edilməsi təşəbbüsü Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan tərəfindən irəli sürülüb və 21 ölkə tərəfindən dəstəklənib.