Peskov: Putin Makron və Mertslə danışıqlara hazırdır

Rusiya Prezidenti Vladimir Putin Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Mertslə dialoqa hazırdır.

Sherg.az xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov jurnalist Aleksandr Yunaşevə açıqlamasında bildirib.

“Putin hər kəslə dialoqa açıqdır”, - deyə Peskov vurğulayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski ilə də danışıqların mümkün olub-olmadığı barədə suala cavab verən Kremlin sözçüsü bildirib ki, hələlik Kiyevdən heç kim zəng etməyib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin Finlandiya lideri Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe ilə son telefon danışığı 90 dəqiqə davam edib.