"Binance" kriptovalyuta birjasının mümkün haker hücumuna məruz qaldığı bildirilir.
Oxu.Az "Mash" Telegram kanalına istinadən xəbər verir ki, birjanın isti pul kisələrindən beş blokçeyn şəbəkəsi üzrə ümumilikdə 3.5 milyard dollar dəyərində kriptovalyutanın çıxarıldığı qeydə alınıb.
Kriptovalyuta birjasının qurucusu Çanpen Çjao "X" sosial şəbəkəsində baş verənlərin haker hücumuna bənzədiyini bildirib.
O, həmçinin "Tether Limited" və "Circle" şirkətlərinə təşəkkür edib. Məlumata görə, şirkətlər müvafiq olaraq təxminən 971 milyon və 823 milyon dollar dəyərində kriptovalyuta tokenlərini dondurublar.