Azərbaycan ilə Gürcüstan arasında qarşılıqlı faydalı əməkdaşlığı daha da genişləndirmək üçün yüksək qarşılıqlı maraq mövcuddur.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 11-ci iclasında bildirib.
“Əminəm ki, bu gün qəbul ediləcək qərarlar, eyni zamanda, imzalanacaq sənədlər strateji tərəfdaşlığımızın möhkəmlənməsinə töhfə verəcək”, - Əli Əsədov vurğulayıb.