Bosniya və Herseqovinanın şimalındakı Brçko şəhərində Avropa İttifaqının Sülhməramlı Missiyasına (EUFOR) məxsus hərbi helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində 4 nəfər ölüb, 11 nəfər yaralanıb.
Sherg.az xəbər verir ki, helikopterin rutin əməliyyat zamanı qəzaya uğradığı bildirilir.
Rəsmilərin məlumatına görə, helikopterdəki hərbçilərin hamısı İtaliya vətəndaşı olub.