Süni intellekt səhiyyədə bəşəriyyəti tarixi dönüş nöqtəsinə aparacaq
“Microsoft”un həmtəsisçisi Bill Qeyts bildirib ki, süni intellekt və müasir texnologiyalar səhiyyə sahəsində bəşəriyyət üçün misilsiz imkanlar yaradır. Sherg.az xəbər verir ki, Bill Qeytsin sözlərinə görə, xüsusilə yoxsul ölkələrdə effektiv səhiyyə sisteminin qurulması ilə qarşısı alına bilən xəstəliklərdən ölümlərin 95 faizi azaldıla bilər. Qeyts qeyd edib ki, süni intellekt müxtəlif dilləri anlayaraq insanların öz ana dilində həkimlərlə uzaqdan məsləhətləşməsinə imkan verəcək. Bu texnologiyalar uşaq ölümlərinin, yoxsulluğun və yoluxucu xəstəliklərin kəskin azalmasına töhfə verə bilər.