Türkiyə XİN Avstraliyada törədilən terror aktını pisləyib

Türkiyə Xarici İşlər Nazirliyi Avstraliyanın Sidney şəhərində Hanuka bayramı zamanı həyata keçirilən terror aktını qınayıb.

APA-nın Türkiyə bürosunun məlumatına görə, bu barədə nazirliyin Avstraliya xalqına ünvanladığı başsağlığı məktubunda deyilir.

“Avstraliyanın Sidney şəhərində bu gün Hanuka bayramı ilə bağlı keçirilən tədbir zamanı törədilən terror aktını ən sərt şəkildə pisləyirik. Hücum nəticəsində həlak olanların yaxınlarına və Avstraliya xalqına başsağlığı verir, yaralananlara isə tezliklə şəfa diləyirik. Türkiyə olaraq terrorun bütün növ və təzahürlərinə qarşı prinsipial mövqeyimizi, eləcə də bu qlobal təhdidlə mübarizədə əməkdaşlığa sadiqliyimizi bir daha vurğulayırıq”- məktubda bildirilir.