Putinin sözçüsü: Trampın uzaqmənzilli raketlərlə bağlı bəyanatı Kremlin mövqeyi ilə üst-üstə düşür

Donald Trampın Rusiya ərazisinin dərinliklərinə zərbələr endirilməsinə icazə verilməsinin eskalasiyaya səbəb olması barədə bəyanatı Kremlin mövqeyi ilə üst-üstə düşür.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Trampın Ukraynanın Rusiyanın dərinliklərində Qərb raketlərindən istifadə etməsinin eskalasiyaya səbəb olması barədə bəyanatı Kremlin mövqeyi ilə oxşardır.

"Bu halda eskalasiyanın səbəbləri ilə bağlı eyni baxışımız var. Aydındır ki, Tramp münaqişə ətrafında vəziyyəti gərginləşdirən konkret nə olduğunu anlayır. Lakin biz irəliyə qaçmaq istəmirik.

Zaman göstərəcək...biz seçilmiş prezidentin oval kabinetdə yerini tutana qədər gözləyəcəyik", deyə Kremlin sözçüsü vurğulayıb.