Kritik razılaşma: ABŞ və Türkiyə Suriyada...

Vaşinqton və Ankara geniş mənada Suriyanın gələcəyinə baxış barədə razılığa gəliblər.
Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken bildirib.
“Bizim diqqətimiz Suriya xalqı üçün açılan imkandan istifadə etməyə yönəlib. Məqsədimiz Suriya xalqını Bəşər Əsədin zəncirlərindən azad etməkdir. Prezident Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Hakan Fidanla müzakirələrimiz zamanı Suriyanın gələcəyi ilə bağlı atılacaq addımlar haqqında geniş mənada razılığa gəldik”, - deyə dövlət katibi bildirib.

Qeyd edək ki, Blinken ötən gün axşam Ankarada Ərdoğanla görüşüb.