Monteneqroda iki keçmiş kənd təsərrüfatı naziri korrupsiya ittihamı ilə həbs edilib.
Teleqraf.com xəbər verir ki, Monteneqronun Xüsusi Dövlət Prokurorluğu iki keçmiş kənd təsərrüfatı naziri - Petar İvanoviç və Milutin Simoviç barəsində həbs qətimkan tədbiri seçib. Keçmiş nazirlər vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinir, eyni zamanda, Monteneqro dövlətinə yüz minlərlə avroya başa gələn vəsaitləri seçilmiş qeyri-hökumət təşkilatlarına yönəltməkdə ittiham olunurlar.
Qeyd edək ki, Milutin Simoviç 2016-2020-ci illərdə Baş nazirin müavini və kənd təsərrüfatı naziri olub.
Nazirlərlə yanaşı, Kənd Təsərrüfatı Nazirliyinin keçmiş dövlət katibi, Maliyyə, Mühasibat uçotu və Dövlət Satınalmaları Departamentinin keçmiş rəhbəri Nemanya Katniç də həbs edilib.