“Starlink”in Ermənistanda fəaliyyətinə lisenziya verildi

Ermənistanın İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyası “Starlink” şəbəkəsinin respublikada fəaliyyətinə lisenziya verib.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan bildirib.

"Dekabrın 4 və 13-də İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyasında keçirilən iclaslarda qəbul edilmiş qərarlara əsasən, "Starlinkam" SC şirkətinin Ermənistan ərazisində fəaliyyət göstərməsi ilə bağlı müraciətləri təmin edilib. Beləliklə, lisenziyalaşdırma və icazələr təmin edilib və indi biz test mərhələsinə keçirik. Ümid edirəm ki, bu mərhələ yaxın aylarda başa çatacaq və xidmət tam gücü ilə işləyəcək", - nazir qeyd edib.