İsrail hakimiyyəti Suriyadakı vəziyyətlə bağlı İordaniyanın hərbi rəhbərliyi ilə danışıqlar aparıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.
“Yüksək rütbəli İsrail rəsmiləri ötən həftənin sonunda Suriya prezidenti Bəşər Əsədin devrilməsinin nəticələri ilə bağlı İordaniya hərbi liderləri ilə gizli danışıqlar aparıblar. Regional güclər rejimin ildırım sürətli devrilməsindən sonra artan qeyri-sabitlik qorxularını aradan qaldırmağa çalışacaqlar”, - məlumatda deyilir.
Nəşrin məlumatına görə, görüş Əsədi devirən cihadçı qüvvələrin mümkün təhdidlərinə, həmçinin İran tərəfinin Fələstin terror qruplaşmalarına qaçaqmalçılıq yolu ilə silah daşımaq cəhdlərinə həsr olunub.