Aİ xarici işlər nazirləri Gürcüstandakı son vəziyyəti müzakirə edəcək

Bu gün Avropa İttifaqının (Aİ) Xarici İşlər Şurasının iclasında Gürcüstan məsələsi müzakirə olunacaq.


APA-nın Tbilisi müxbiri xəbər verir ki, xarici işlər nazirlərinin görüşünə ilk dəfə olaraq Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas sədrlik edəcək.

XİN başçıları həmçinin Gürcüstandakı son hadisələrlə bağlı fikir mübadiləsi aparacaq.

Aİ-nin Gürcüstandakı nümayəndəliyindən verilən məlumata görə, görüşün gündəliyinə Gürcüstanın Aİ-yə namizədliyi və Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq məsələlərinin müzakirəsi də daxildir.