Pezeşkian üzr istədi: Bir yol tapacağıq…

İran Prezidenti Məsud Pezeşkian soyuq havalarda ölkədə insanların evlərdə qaz problemi yaşamalarına görə onlardan üzr istəyib.

Axar.az bildirir ki, bu barədə M.Pezeşkian İSNA-ya açıqlamasında deyib.

“Ölkədəki mövcud vəziyyətə görə xalqdan üzr istəməliyik. Elə bir vəziyyətdəyik ki, bu il bəzi ehtiyyat tədbirləri görməliyik. Gələn il bu çətinliklərin qarşısını almağa çalışacağıq. Ya bir yol tapacağıq, ya da bir istiqamət yaradacağıq və ölkəmizin insanlarına problem yaşatmayacağıq”, - Pezeşkian qeyd edib.