Avropa Parlamentində Gürcüstanla bağlı debat keçiriləcək, Zurabişvilinin iştirakı gözlənilir

Bu gün Avropa Parlamentində Gürcüstanla bağlı növbəti debat keçiriləcək.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, AP-nin Prezidenti Roberta Metzola Gürcüstan Prezidenti Salome Zurabişvilinin də Avropa Parlamentinə dəvət olunduğunu bildirib.
Prezident Zurabişvilinin çıxışının nə vaxt olacağı hələlik məlum deyil.