Dəməşq hava limanı açıldı: Hələbə ilk uçuş

Əsəd rejiminin devrilməsinə aparan əməliyyatlar zamanı bağlanan Dəməşq hava limanı bu gün yenidən fəaliyyətə başlayıb. Hava limanından ilk uçuş Hələbə olub.
Sherg.az xəbər verir ki, Suriyada yeni qurulan hökumət bir həftəlik bağlandıqdan sonra bu gün Dəməşq hava limanını açır. İlk uçuş Hələbə olacaq.

Suriya Mülki Aviasiya İdarəsi (SCAA) bütün hava məkanını bağlayan Hava Heyətinə Bildirişi (NOTAM) ləğv edib və bunun əvəzinə əsas hava limanları üçün iki ayrı NOTAM verib.

Bildirilib ki, Hələb və Dəməşqə uçuşların hazırda mümkün olduğu, ancaq “DQMV-nin xüsusi icazəsi ilə” mümkündür.

Heyət Təhrir əl-Şamın başçılıq etdiyi müxalif qruplar dekabrın 8-də Dəməşqi ələ keçirərək Bəşər Əsəd rejimini devirdilər.

 
O vaxtdan bəri Dəməşq hava limanı bağlanıb.
Təhlillər göstərir ki, dekabrın 15-dən etibarən bütün digər aviaşirkətlər Suriya hava məkanından uçuşlara davam ediblər.

Suriyanın iki aktiv hava yolu şirkəti - Syrianair və Cham Wings Airlines uçuşları dayandırıb.