Orban Zelenskiyə cavab verib

Biz heç bir təxribata cavab verməyəcəyik.

APA xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban “X” platformasındakı paylaşımında bildirib.

“Masada atəşkəs təklifi var, qəbul edin və ya rədd edin! Bu, sizin məsuliyyətinizdir”, - Orban qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski Orbanın onlara vasitəçi qismində lazım olmadığını, ABŞ-la birbaşa əlaqələrə ehtiyac olduğunu bildirmişdi.