ABŞ-ın hazırkı prezidenti Co Bayden dövründə Kiyevi Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) dəvət etmək şansı yoxdur.
Axar.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə baş direktoru Maykl Karpenter deyib.
O bildirib ki, Ukrayna son nəticədə NATO-ya üzv olacaq, məsələ yalnız zaman məsələsidir:
"Düşünürəm ki, indiki mərhələdə proses ondan ibarətdir ki, yeni komanda 2025-ci ildə baş tuta biləcək danışıqları düşünərək yaxın bir neçə ay ərzində Ukraynanın NATO üzvlüyü məsələsi ilə necə məşğul olacağına qərar verməli olacaq".