Türkiyədə məktəblərdə Yeni il və “Milad” adı altında təşkil edilən bütün şənliklər qadağan edilib.
"Sherg.az" EuronewsTurkce-yə istinadən xəbər verir ki, Təhsil Nazirliyi məsələ ilə bağlı bütün şəhər və rayon təhsil müdirliklərinə məktub göndərib.
Məktubda şənliklərin ləğv edilməsinə səbəb kimi tədbirlərin "mədəni dəyərlərə" zidd olması göstərilib.
Müdirliklərdən dövlət məktəblərinə göndərilən məktubda qeyd edilib ki, bayramlar Türkiyənin adət-ənənələrinə, milli dəyərlərinə uyğun şəkildə keçirilməlidir.