Murhaf Əbu Kasra Suriyanın keçid hökumətində müdafiə naziri təyin edilib

Murhaf Əbu Kasra keçid hökumətində Suriya Müdafiə Nazirliyinin rəhbəri təyin edilib.

APA xəbər verir ki, bu barədə “Suria” telekanalı məlumat yayıb.

Məlumata görə, yeni nazir həm də Əbu əl-Həsən əl-Həmavi ləqəbi ilə tanınır.