Almaniyanın Maqdeburq şəhərində Milad bazarında baş verən hücumdan sonra ifrat sağçı fəalların etiraz aksiyası başlayıb.
APA xəbər verir ki, bu barədə “Berliner Zeitung” məlumat yayıb.
Qeyd olunur ki, etirazçılar əllərində şüarlar yazılmış plakatlar tutur və miqrantların kütləvi surətdə deportasiyasına dair çağırışlar edirlər.