Suriyanın müdafiə naziri təyin edildi

Murhaf Əbu Kasra keçid hökumətində Suriya Müdafiə Nazirliyinin rəhbəri təyin edilib.

Milli.Az-ın məlumatına görə, bu barədə "Suria" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, Müdafiə Nazirliyinin yeni rəhbəri həm də Əbu əl-Həsən əl-Həmavi ləqəbi ilə tanınır.

Suriyanın "Al Watan" nəşrinin məlumatına əsasən, Əbu Kəsra "Həyat Təhrir əş-Şam" qruplaşmasının hərbi qanadının komandiri vəzifəsində çalışıb.