Fransanın Baş nazirinin reytinqi tarixi minimuma enib

Fransanın Baş naziri Fransua Bayru vəzifə səlahiyyətlərinin icrasına minimal reytinqlə başlayır.

Trend-in məlumatına görə, bu barədə "Figaro" nəşri xəbər verib.

Məlumata əsasən, faktı Fransanın İctimai Rəyi Öyrənmə İnstitutu (İFOP) aşkara çıxarıb. Məlum olub ki, fransızların 66 faizi yeni hökumət başçısından narazıdır. İnstitutun araşdırmasına görə, 1959-cu ildən indiyədək vəzifə səlahiyyətlərinin icrasına başlama anında ən aşağı reytinqə malik baş nazir Bayrudur. Hətta onun 2024-cü ildəki sələflərinin də reytinqi nisbətən yuxarıdır. Fransızların 46 faizi Qabriel Attaldan, 55 faizi isə Mişel Barnyedən narazı olub.