Zelenski ümid edir, AB isə vədini icra edə bilmir

AB ölkələrində üç ildir davam edən Ukrayna münaqişəsindən sonra Moskva ilə qarşıdurmada Kiyevə hərtərəfli dəstək vermək üçün əvvəlki həvəs ölür.

Axar.az xəbər verir ki, bunu Tomas Orban "European Conservative" nəşrində bildirib.

Orban qeyd edib ki, Ukraynaya Avropa ölkələrindən dəstək var, lakin bu, artıq üç il əvvəlki kimi deyil.

Onun sözlərinə görə, AB-nin Brüsseldə keçirilən sammitindən sonra qəbul edilən qətnamədə Kiyevə hərbi yardım baxımından "yer-göy" vəd edilib, lakin Avropanın imkanları Vladimir Zelenskinin ümid etdiyi silahların həcmini təmin edə bilmir.