Esma Əsəd Moskvada çoxdan xərçəng müalicəsi alır

Suriyadan qaçan Bəşər Əsədin həyat yoldaşı Esma Əsədin ərinin Suriyadan qaçmasından bir neçə həftə əvvəl Moskvada xərçəng müalicəsinə başladığı üzə çıxıb.
Artıq müalicəyə başlayan Esma Esadın həyat yoldaşından əvvəl Moskvaya getməsinin səbəbi məlum olub.
Sherg.az "Financial Times"a istinadən xəbər verir ki, Suriya prezidenti Bəşər Əsədin həyat yoldaşı Esma Əsəd əri Suriyanı tərk etməmişdən bir neçə həftə əvvəl Moskvada xərçəng xəstəliyinin müalicəsinə başlayıb.

 Əsəd Rusiya paytaxtına gəldikdən sonra bir neçə həftədir ikinci dəfə xərçəng müalicəsi alan həyat yoldaşı Esma ilə görüşüb.

Qəzet qeyd edib ki, Esma Əsədin anası, atası Fəvaz əl-Əxras və Abu Dabidəki Sorbonna Universitetində oxuyan qızı Zein də burada qalır.

Artıq müalicəyə başlayan Esma Esadın həyat yoldaşından əvvəl Moskvaya getməsinin səbəbi məlum olub.

Mənbələrin bildirdiyinə görə, Esma Esad 2024-cü ilin mayında leykoz xəstəliyinə tutulub. Hazırda o, xərçəng xəstəliyinin təkrarlanması ilə mübarizə aparır. Keçmiş birinci xanım 2019-cu ildə döş xərçəngi səbəbiylə şişi çıxartmışdı.

 Bəşər Əsədin 48 yaşlı həyat yoldaşının təcrid olunmasını və bu səbəbdən bir müddət ictimai fəaliyyətlərdən uzaq qalmasını tələb edən xüsusi müalicə protokolundan keçəcəyi daha əvvəl məlum idi. Lakin sonradan Esma Əsəd şəhid olan əsgərlərin ailələri ilə görüşüb, xeyriyyə işləri aparıb.

 Esma Əsəd Suriya İnkişaf Fondunu idarə edirdi.