Səudiyyə Ərəbistanı və Suriyanın XİN başçıları ölkədəki vəziyyəti müzakirə ediblər

Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Faysal bin Fərhan Əl Səud Ər-Riyadda Suriya keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən əl-Şibani ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi məlumat yayıb.

Danışıqlar zamanı Feysəl bin Fərhan Əl Səud Suriyanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü qoruyaraq, bu ölkədə təhlükəsizlik və sabitliyin əldə edilməsinə yönəlmiş bütün səyləri dəstəklədiyini təsdiqləyib.

Tərəflər Suriyada dövlət institutlarının qorunub saxlanması ilə bağlı məsələlərin həlli yollarını müzakirə ediblər.