ABŞ administrasiyası yaxın günlərdə Ukraynaya yeni hərbi yardım paketi ayrılacağını elan edə bilər.
Axar.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
“USAİ (Ukraynanın Təhlükəsizliyinə Yardım Təşəbbüsü - red.) vasitəsilə yekun yardım paketini və PDA mexanizmi vasitəsilə növbəti yardım tranşını elan etdik. Yaxın günlərdə əlavə təhlükəsizlik yardımı ilə bağlı elan verilə bilər”, - Kirbi bildirib.