Rusiya Suriyadakı bəzi silah və avadanlıqlarını Liviyaya yerləşdirir

Rusiya Suriyadakı bəzi silah və avadanlıqlarını Liviyaya yerləşdirməyi planlaşdırır.

"Sherg.az" Kyivİndependent-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna kəşfiyyatı məlumat əldə edib.

Agentliyin məlumatına görə, Rusiyanın iri desant gəmiləri "İvan Qren" və "Aleksandr Otrakovski", eləcə də “Sparta” yük gəmisinin yanvarın 5-də Suriya limanına çatması planlaşdırılır. 

Daha iki Rusiya gəmisi – "Sparta II" universal yük gəmisi və "İvan Skoblev" tankerinin isə yanvarın 8-də gəlməsi gözlənilir.

Rusiya Suriyadan Liviyaya hərbi texnika və silahların daşınması üçün "Sparta" və "Sparta II" yük gəmilərindən istifadə etməyi planlaşdırır.